Background

Yeni xüsusi layihə !

Vegetasiya dövrünü başa vurmuş ağacların, kolların və onların qalıqlarının emalı

Şirkətimizin Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyi ilə birgə həyata keçirdiyi innovativ layihə çərçivəsində xüsusi texniki qurğular vasitəsi ilə vegetasiya dövrünü başa vurmuş ağaclar, kollar və onların qalıqları mühafizəkar üsul ilə emal olunaraq müxtəlif təyinatlı məhsullar formasında yerli və xarici bazara təqdim olunur.

Hədəf Ölkə ərazisində vegetasiya dövrünü başa vurmuş ağacların, kolların və onların qalıqlarını emal edərək açıq şəkildə yanması və yaşıl ağacların doğranması risqini minimuma endirmək. Eyni zamanda quru ağac kötüklərinin torpaqdan çıxarılaraq əvəzinə yeni ağac tinglərinin əkilməsini təmin etməklə CO2 emissiyasının azaldılmasına və enerji səmərəliliyinin artırılmasına nail olmaq.
Məqsəd: Vegetasiya dövrünü başa vurmuş ağacların, kolların və onların qalıqlarından odun yanacağı-pelet, tikintidə istifadə üçün Eko Blok - panellərin və digər məhsulların istehsalını həyata keçirməklə təbiəti qorumaq və ondan daha səmərəli istifadə etmək.
Tərəfdaş Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyi

Məhsulların istifadə istiqamətləri