Müxtəlif istifadə sahələri olan ağac yonqarı adi oduncaqlardan daha yüngül olması və asan alışması ilə seçilir. 10% - 30% nəmliyi olan ağac yonqarı təmiz yanır, digər materiallardan daha az karbon izi buraxır. Standart olaraq ölçüsü 3.5mm ilə 120mm arası dəyişir. Müxtəlif ağaclardan, taxta materiallardan və tullantılardan yonqar maşınının köməyi ilə hazırlanır. Maşından keçirilmiş, xırdalanmış ağac hissələri qurudulur və xüsusi torpada qablaşdırılır.
İstifadə sahələri təkcə istilikxanalarla kifayətlənmir. əksər hallarda, peyzajlarda, yəni xüsusi bağların salınmasında, ağacların və kol bitkilərin ətrafına səpilən kütlələrdə də istifadə olunur. Dekorativ məqsədlərlə yanaşı, həm də nəmi özünə çəkdiyindən qışda palçığın, isti havalarda isə tozanağın yaranmasının qarşısını alır.
Tez-tez inşaat və yolsalınmada da ağac yonqarından istifadə olunur. Həmçinin, təsərrüfat heyvanlarının rütubətdən uzaq və daha təmiz mühitdə olması üçün ağac yonqarından döşəmə əvəzi istifadə olunur.
Demək olar ki, istənilən növ və forma ağacdan, taxta tullantılarından hazırlana bildiyi üçün sərfəli və dayanıqlıdır. Xüsusilə də böyük şəhərlərin taxta tullantılarının yenidən istifadəsi üçün idealdır.
Eko enerji və qaz təchizatı fəaliyyət istiqaməti üzrə xidmətlərin təminatı
Bizimlə Əlaqə