Background

Məhsullar


product image

Bio Kömür Briketi

Bio məhsul

Xüsusilə qida sektorunda, restoran və yeməkxanalarda kömürdən istifadə olunur.

Ənənəvi kömürlər böyük ağac hissələrinin uzun müddət torpaq altında yandırılmasından əldə edilirdi və bu da daha çox ağacın kəsilməsi, saatlar çəkən tüstülərin təbiəti çirkləndirməsi və sonda çox az kömürün alınması ilə nəticələnirdi. Müasir dövr isə tüstüsü az, külsüz, ya da az küllü yanan, yüksək istilik verən kömürlər tələb edir.

Bio kömür briketləri birbaşa oduncaqdan yox, taxta qalıqları, biokütlə tullantılar və mişar tozundan da hazırlanan xüsusi sıxışdırılmış kömürlərdir. Onların dairəvi forması havanın sərbəst keçməsini, yəni təmiz yanmanı təmin edir. Sıxışdırılmış kütlə isə bərabər və geridə az kül qoyaraq, demək olar ki, tüstüsüz yanır. Ənənəvi kömürdən 2 dəfə daha çox istilik verdiyi halda, iki dəfə daha az yer tutur və daşınması asandır. Standart formada olduğu üçün bütün kömürlər bərabər sürətlə yanır. Bu da öz-özünə sönmə hallarını minimuma endirir.







Siz, Bio Kömür Briketi məhsulundan istifadə etməklə, təmiz ekologiya və parlaq gələcəyə dəyər qatmış olursunuz.

Digər məhsullar
image
Təbiəti qorumaq, Sizin əlinizdə !

Eko enerji və qaz təchizatı fəaliyyət istiqaməti üzrə xidmətlərin təminatı

Bizimlə Əlaqə