Background

Products


product image

Bio Coal Briquettes

Bio product

Xüsusilə qida sektorunda, restoran və yeməkxanalarda kömürdən istifadə olunur.

Ənənəvi kömürlər böyük ağac hissələrinin uzun müddət torpaq altında yandırılmasından əldə edilirdi və bu da daha çox ağacın kəsilməsi, saatlar çəkən tüstülərin təbiəti çirkləndirməsi və sonda çox az kömürün alınması ilə nəticələnirdi. Müasir dövr isə tüstüsü az, külsüz, ya da az küllü yanan, yüksək istilik verən kömürlər tələb edir.

Bio kömür briketləri birbaşa oduncaqdan yox, taxta qalıqları, biokütlə tullantılar və mişar tozundan da hazırlanan xüsusi sıxışdırılmış kömürlərdir. Onların dairəvi forması havanın sərbəst keçməsini, yəni təmiz yanmanı təmin edir. Sıxışdırılmış kütlə isə bərabər və geridə az kül qoyaraq, demək olar ki, tüstüsüz yanır. Ənənəvi kömürdən 2 dəfə daha çox istilik verdiyi halda, iki dəfə daha az yer tutur və daşınması asandır. Standart formada olduğu üçün bütün kömürlər bərabər sürətlə yanır. Bu da öz-özünə sönmə hallarını minimuma endirir.







By using Bio Coal Briquettes, you add value to a cleaner environment and a brighter future.

Other products
image
Protect nature, in your hands!

Provision of services in the field of eco-energy and gas supply

Contact us