Odun yanacaq vasitəsi kimi istifadə olunduqda o qədər də effektiv vasitə deyil. Xüsusilə də böyük istixanalar və iş yerlərinin isidilməsində külli miqdarda odun tələb oluna bilər. Bu da saxlama, daşınma və istifadə etdə problemləri yaradır. Odun briketləri isə faktiki olaraq preslənmiş odun və biokütlə materialı olduğu üçün həm daha az yer tutur, rahat daşınır, həm də eyni miqdarda odundan daha səmərəli və uzunmüddətli yanır. Geridə daha az kül və tüstü izi qoyur.
Odun briketləri 50 ilə yaxındır ki, istifadə olunur və artıq bir çox ölkədə əsas enerji mənbələrindən birinə çevrilib. Cəmi bir odun briketinin belə 3 saatdan 8 saata qədər yanması və kifayət qədər çox istilik verməsi alıcıları ondan istifadə etməyə təşviq edir. Həmçinin, yenidən emal oluann bio kütlədən, demək olar ki, heç bir kimyəvi maddə əlavə edilmədən hazırlandığı üçün tullantıları azaldan və ekologiyanı çirkləndirməyən enerji mənbəyidir.
Provision of services in the field of eco-energy and gas supply
Contact us